AZAL yüklərin daşınmasını təmənnasız həyata keçirəcəkbackend

AZAL yüklərin daşınmasını təmənnasız həyata keçirəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada daşınmasını həyata keçirəcək.

Qurumdan KONKRET.az-a daxil olan məlumata görə, sözügedən yüklərin daşınması təmənnasız əsaslarla baş tutacaq.

Qeyd edək ki, “AZAL” QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*