Azərbaycan azan oxumağı qadağan etdi? – FOTObackend

Azərbaycan azan oxumağı qadağan etdi? - FOTO

Türkiyə mediasında Azərbaycan məscidlərində səsucaldan vasitələrdən azan oxunmasının qadağan edilməsiylə bağlı qərarın verildiyi haqda xəbər dərc edilib.

KONKRET.AZ-ın məlumatına görə, xəbərdə bundan sonra imam və müəzzinlərin azanı səsucaldan vasitələrdən deyil, canlı səslə oxuyacaqları qeyd edilib.

Qərarın verilməsinə başlıca səbəb səsdən xəstə və uşaqların narahat olması göstərilib. Qafqaz Müsəlmanları İdarəsi isə verdiyi açıqlamasında bunları bildirib: “Xalqdan şikayət gəlib. Bu, azanın qadağan olunması demək deyil. Sadəcə səsucaldan vasitələrdən oxunmasını yığışdırdıq. Müəzzinlər əvvəlki illərdə olduğu kimi məscidin minarəsindən canlı səslə azan oxuyacaq”.

Xəbərədə Bakı sakinlərinin qərara etiraz etdiyi qeyd edilib: “Namaza çağırış olan azanı eşitmək mənəvi borcumuzu xatırlatmaq üçün vacibdir. Bu qədər səs-küyün içərisindən azanı necə eşidəcəyik? Heç xristian dövlətlər kilsələrdəki zəngin səsini qadağan edirmi? Bu qadağa ateist-bolşevikləri xatırladır”.

Lakin Sultanəli məscidinin imamı İbrahim Yarıyev verilən qərarı müsbət dəyərləndirib: “Biz Səudiyyə Ərəbistanı və İran kimi dini dövlət deyilik, demokratik dövlətik. Narahat olmaq istəməyənlərin haqlarına hörmətlə yanaşmalıyıq”.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*