Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazandıbackend

Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kubokuna yekun vurulub.

KONKRET.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.

Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*