Azərbaycan koronavirusla ən effektiv mübarizə aparan ölkələrdən biri kimi təşviq edilir. Böyük Britaniyanın Oksford Universiteti 200-ə yaxın ölkənin COVID-19-la mübarizə təcrübəsini öyrənib. Və belə bir nəticəyə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Oksford Universitetinin reytinqində yeni koronavirusla mübarizə üçün effektiv tədbirlərə görə ilk on ölkədə Azərbaycan üçüncü yeri tutub. Tədqiqatçılar dünyanın 183 ölkəsini hökumətin hərəkəti, cəmiyyətə yardım və səhiyyə sisteminin performansı kimi 19 göstəriciyə görə sıralama aparıblar.
KONKRET.az
