Azərbaycan əleyhinə qətnaməyə səsvermə ərəfəsində Ermənistan XİN başçısı Fransaya NİYƏ GEDİR?backend

Azərbaycan əleyhinə qətnaməyə səsvermə ərəfəsində Ermənistan XİN başçısı Fransaya NİYƏ GEDİR?

Ermənistanın XİN başçısı Ararat Mirzoyan bu gün Parisə gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN-ın mətbuat xidməti məlumat yayıb. Mirzoyanın Fransanın xarici işlər naziri Ketrin Kolonna və digər Fransa rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Oktyabrın 3-də Senatın altı üzvü tərəfindən Fransa hökumətini “kütləvi cinayətlər və müharibə cinayətləri”nə görə Azərbaycanı beynəlxalq səviyyədə qınamağa çağıran qətnamə layihəsi irəli sürülüb.

Sənəddə habelə, Avropa İttifaqına üzv ölkələrdən ölkəmizə sanksiya – Azərbaycandan xam neft və təbii qaz ilxalına embarqo tətbiq edilməsi istənilir.

Sözügedən qətnamə layihəsi ilə bağlı Fransa Senatında noyabrın 15-də səsvermə keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*