Azərbaycan Ermənistana 4500 ton dizel göndərirbackend

Azərbaycan Ermənistana 4500 ton dizel göndərir

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*