Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirildi – FOTOLARbackend

Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirildi - FOTOLAR

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini, vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*