Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik etdibackend

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*