Azərbaycan neft hasilatını artıracaq – OPEC-in qərarına qoşuldubackend

Azərbaycan neft hasilatını artıracaq - OPEC-in qərarına qoşuldu

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qərar qəbul edilib.

KONKRET.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qərara Azərbaycan da qoşulub.

Qeyd edək ki, “OPEC plus” un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirllərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*