Azərbaycan noyabrın 16-da öldürülmüş daha 3 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Azərbaycan tərəfi 3 erməni hərbçinin nəşini Ermənistan tərəfinə təhvil verib.
Meyitlər noyabrın 18-də Şuşada Rusiya sülhməramlılarının vasitəçiliyi ilə verilib. Daha sonra meyitlər Sünik rayonunun İşxanasar kəndinin inzibati ərazisindən təxliyə edilib. Cəsədlər bu gün İrəvana çatdırılıb.
Hazırda erməni tərəfindən 9 ölü, 13 hərbi əsir və 16 itkin var.
Xuraman Etibarlı
KONKRET.az
