Azərbaycan Olimpiadada bürünc medal QAZANDIbackend

Azərbaycan Olimpiadada bürünc medal QAZANDI

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, Fərid Abbasovun kapitanı olduğu ölkənin kollektiv yarışın sonuncu turunda “Türkiyə-Anadolu” klubunu 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran ölkənin əsas təmsilçisi 3-cü yeri tutub.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Qeyd edək ki, bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*