“Azərbaycan Ordusu bir kilometrə yaxın irəliləyib” – “Hraparak”backend

"Azərbaycan Ordusu bir kilometrə yaxın irəliləyib" - "Hraparak"

Azərbaycan Ordusu bir kilometrə yaxın irəliləyib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

“Martın 25-də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Şuşa sektorunda təmas xəttini keçərək, 2054,0 m yüksəkliyi tutub. Onlar Yeqtsahoğunun Sarı Baba adlanan dağından 2,9 km şimal-şərqdə yerləşən mövqenin tikintisi üçün mühəndis işləri aparır.

Yayılan xəbərə görə, Azərbaycan tərəfi bu yüksəkliyi ələ keçirərək Qarabağ-Ermənistan dağ meşə yolunu öz nəzarətinə götürüb. Qarabağdakı mənbəmizdən azərbaycanlıların nə qədər irəlilədiyini soruşduq.

Adıçəkilən əraziyə baş çəkən həmsöhbətimiz torpaq yolu tutmadıqlarını, lakin yola yaxınlaşdıqlarını deyib. O, həmin yolda hərəkətin təhlükəli olduğunu, ona görə də erməni tərəfinin həmin yoldan istifadə etməkdən yayındıqlarını dedi.

Azərbaycan Silahlı Qüvvələri 1 kilometrə yaxın irəliləyib. Bu da Rusiya sülhməramlılarının fəaliyyətsizliyinin və səhlənkarlığının nəticəsidir. Sülhməramlılar azərbaycanlıları dinc yolla geri çəkilməyə razı salmağa çalışırlar. Lakin hələlik heç bir nəticə yoxdur. Bundan başqa, “müdafiə ordusu” ilə azərbaycanlı hərbçilər arasında daim atışmalar gedir. Amma nə qurbanımız, nə də yaralımız var.

Alternativ yollara gəlincə, bu Lisaqor (Turşsu) yolundan başqa Ermənistan-Qarabağ arasında əlaqə saxlamaq üçün istifadə edilə bilən başqa dolama yollar da var, lakin onları keçmək çətindir”, – deyə nəşr yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*