Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir – FOTObackend

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir - FOTO

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb edilən iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*