Azərbaycan Ordusunun əsgəri Şuşada HƏLAK OLDU – RƏSMİ + YENİLƏNİBbackend

Azərbaycan Ordusunun əsgəri Şuşada HƏLAK OLDU - RƏSMİ + YENİLƏNİB

09:49

Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub.

KONKRET.az xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd edilib.

***

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*