Azərbaycan Prezidenti: “Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur”backend

Azərbaycan Prezidenti: "Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur"

“Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya ilə bağlı çevik reaksiya verdiyinə görə Rusiya liderinə minnətdarlığını ifadə edib.

“Döyüşlər 8 saatdan az davam edib. Ermənistan tərəfi atəşkəs barədə razılığı dərhal yerinə yetirməsə də, artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur. Bu, onu göstərir ki, nə Azərbaycanın, nə də Ermənistanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Təəssüf ki, sərhəd münaqişələri olur. Hər iki tərəfdən çoxsaylı itkilər var”, – İlham Əliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*