Azərbaycan Qarabağa uçan Rusiya təyyarəsini öz səmasına BURAXMADI – FOTObackend

Azərbaycan Qarabağa uçan Rusiya təyyarəsini öz səmasına BURAXMADI - FOTO

Qarabağa “humanitar yardım” adı ilə silah daşıyan Rusiya hərbi yük təyyarəsinə Azərbaycanın hava məkanı üzərində uçuşa icazə verilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə iranlı ermənipərəst jurnalist Xəyal Müəzzin teleqram kanalda bildirib.

“Qarabağa 12 ton “humanitar yardım” aparan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus An-148 yük təyyarəsi (reyestr nömrəsi RA-61731; İCAO 14F123) İran hava məkanı üzərindən uçarkən Azərbaycanın hava məkanı üzərində uçuşa icazə verilməyib.

Azərbaycan tərəfi bəyan edib ki, Rusiya silah tədarük edib”, – deyə jurnalist yazıb.

Nəticədə təyyarə İran ərazisindən uçmalı olub.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vüqar
    Noyabr 7, 2022 - 08:16

    Yəni İrandan uçaraq mənzil başına yetişib??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*