“Azərbaycan Qarabağdan sonra istiqamətini Ermənistana yönəldə bilər” – Abramyanbackend

"Azərbaycan Qarabağdan sonra istiqamətini Ermənistana yönəldə bilər" - Abramyan

“Azərbaycan üçün ayrıca Qarabağ məsələsi yoxdur, daha sonra istiqamətini Ermənistana yönəldə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb.

“Azərbaycanın hərbi rəhbərliyi ili Silahlı Qüvvələrin müxtəlif təyinatlı obyektlərinə baş çəkməklə başa vurub, ili hərbi hissələrdə döyüşə hazırlığın və silah-sursatın vəziyyətinin yoxlanılması ilə başlayıb.

Bu mərhələdə Azərbaycan yeni təzyiq üsulu seçib, lakin bu, problemlərin həlli üçün hərbi variantı istisna etmir.

Çox güman ki, hadisələrdən asılı olaraq genişmiqyaslı hərəkətlərə çevrilə bilən lokal hərəkətlərdir.

Qarabağ indi hadisələrin mərkəzindədirsə, bu o demək deyil ki, problemlər Qarabağla bitəcək.

Azərbaycan istiqamətini Ermənistana yönəldə bilər.

Azərbaycan üçün Qarabağ və Ermənistanın ayrıca məsələsi yoxdur, erməni məsələsini həmişəlik gündəmdən çıxarmaq məqsədi var”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*