Azərbaycan Qarabağı bərpa etmək üçün niyə ABŞ şirkətlərinə müraciət etmir? – Amerikalı diplomat səbəbini AÇIQLADIbackend

Azərbaycan Qarabağı bərpa etmək üçün niyə ABŞ şirkətlərinə müraciət etmir? - Amerikalı diplomat səbəbini AÇIQLADI

“Amerika Birləşmiş Ştatları Qarabağın bərpası ilə bağlı investisiyalarda maraqlıdır, lakin Azərbaycan tərəfi bu məsələdə müəyyən addımlar atmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri amerikalı diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta haqqın.az saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı hazırkı səfiri Li Litzenberqer bu istiqamətdə fəal işləyir, lakin ABŞ-ın özəl sektorunu Qarabağın bərpasına cəlb etmək üçün Amerika diplomatik missiyasının sadəcə işi kifayət deyil.

Robert Sekuta vurğulayıb ki, rəsmi Bakı kommersiya təklifləri ilə birbaşa Amerika şirkətlərinə müraciət etsəydi, məqsədəuyğun olardı:

“Əminəm ki, ABŞ-ın özəl sektoru bu gün Qarabağın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirak etməyə hazırdır”.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*