Azərbaycan–Avropa İttifaqı (Aİ) siyasət və təhlükəsizlik üzrə dialoqu gələn il üçün planlaşdırılıb.
Bu barədə KONKRET.az-a Aİ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Azərbaycan-Aİ siyasət və təhlükəsizlik üzrə növbəti dialoq gələn il keçirilməlidir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun Brüsseldə keçirilməsi gözlənilir”, – səfirlikdən bildirilib.
Qeyd edək ki, mayın 20-də Bakıda Azərbaycan və Aİ arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasın həmsədrləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuq olub. Tərəflər formatı genişləndirərək onu Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu adlandırmağa razılaşıblar. Bu da ikitərəfli strateji əhəmiyyətindən xəbər verir.
