“Azərbaycan və Ermənistan liderlərinə 2023-cü ildə Nobel Sülh Mükafatı verilə bilər” – “Hraparak”backend

"Azərbaycan və Ermənistan liderlərinə 2023-cü ildə Nobel Sülh Mükafatı verilə bilər" - “Hraparak

“Azərbaycan və Ermənistan liderlərinə 2023-cü ildə Nobel Sülh Mükafatı verilə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

“Qərara alınıb ki, 2023-cü il üçün Nobel Sülh Mükafatı Ermənistan və Azərbaycan prezidentləri o vaxta qədər sülh müqaviləsi imzalayacaqlarsa, onlara verilsin. 1990-cı ildən bu mükafat hər il dekabrın 10-da Osloda təqdim olunur.

Ola bilsin ki, bu cür məlumatlar qəsdən yayılır, çünki geosiyasi mərkəzlər öz ideyalarına uyğun olaraq Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında və regionda sülhün bərqərar olmasında bizdən daha çox maraqlıdırlar. Lakin istisna etmək olmaz ki, tərəflər öz ambisiyaları ilə oynayaraq bu cür vədlərlə tərəfləri maraqlandırmağa çalışırlar”, – qəzet qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*