backend

“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələ tezdir” - Polad Bülbüloğlu

“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələlik tezdir. Ona görə ki, erməni tərəfi öz yanaşmalarında destruktivlik yanaşma nümayiş etdirir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları ilə bağlı TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

“Prezidentimiz, hörmətli İlham Əliyev qeyd etdiyi kimi, belə dəvət alınmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Əks tərəf yanaşmalarında destruktivlik nümayiş etdirir. Ona görə də, indi bu haqda danışmaq tezdir”, – deyə Azərbaycan səfiri  Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşünün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında deyib.   /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*