“Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsi hazırlamağa başlayacaq” – Paşinyan AÇIQLADIbackend

"Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsi hazırlamağa başlayacaq" - Paşinyan AÇIQLADI

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov sülh müqaviləsinin konkret mətninin hazırlanması ətrafında müzakirələrə başlayacaqlar.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan medianın suallarını cavablandırarkən deyib.

“Ararat Mirzoyan vaxtlarda Azərbaycanın xarici işlər naziri ilə görüş keçirəcək və bu görüşdə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı substantiv müzakirələrə başlanmalıdır” – baş nazir bildirib.

Paşinyan hesab edir ki, bütün sınaqlardan keçməklə hələ də Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır. O, Ermənistanın əldə olunmuş razılaşmalardan imtina etmədiyini vurğulayıb.

Baş nazir bildirib ki, danışıqlar masası üzərində imzalanmağa hazır sənəd yoxdur: Oktyabrın 2-də xarici işlər nazirləri sülh müqaviləsinin mətni üzrə substantiv müzakirələrə başlamalıdırlar.

Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü baş tutacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*