Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə etdibackend

Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə etdi

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Pakistanın Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Masud Maliki qəbul edib.

Bu barədə KONKRET.az-a nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərini vurğulayan nazir ölkəsinin xalqımıza həmrəyliyini ifadə edib, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib.

Daha sonra enerji sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının inkişafı üzrə perspektiv imkanlar nəzərdən keçirilib. Azərbaycanın enerji ixrac infrastrukturunun genişləndirilməsi, təbii qazın nəqli və ixracı sahəsindəki təcrübəsi vurğulanıb, Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü, ölkədə boru nəql infrastrukturu, maye qazın reqazifikasiyası, neft emalı, neft məhsullarının pərakəndə satışı kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkəmizin “yaşıl enerji” potensialı, bu potensialın reallaşdırılması istiqamətində xarici investisiyaların cəlbi ilə icra olunan layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün görülən işlər haqqında qonağa məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*