“Azərbaycan və Türkiyə məqsədinin Ermənistanı ələ keçirmək olduğunu gizlətmir” – Abovyanbackend

"Azərbaycan və Türkiyə məqsədinin Ermənistanı ələ keçirmək olduğunu gizlətmir" - Abovyan

“Ermənistan Azərbaycanla danışıqları bərpa etməklə ərazilərimizin işğalına razılıq verdi”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Arman Abovyan bildirib.

O vurğulayıb ki, Ermənistan hökuməti Türkiyə-Azərbaycan tandem qarşısında yenə duruş gətirə bilməyib.

Abovyan daha sonra xatırladıb ki, Azərbaycan tərəfi nəqliyyat dəhlizlərinin açılmasına nail olmaqla müstəsna olaraq Ermənistan ərazilərinin ələ keçirilməsini qanuniləşdirəcək. İlk mərhələ Azərbaycanın Sünik (Zəngəzur-red) vasitəsi ilə birləşməsi kontekstində baş verəcək.

“İlham Əliyev iddialarını açıq şəkildə ifadə etməklə Ermənistan şəhərlərinin rəsmi siyahısını verib. Yəni, Azərbaycan və Türkiyə bütün proseslərin son məqsədinin Ermənistanın (iqtisadi və ya hərbi) ələ keçirilməsini gizlətmir.

Bu şəraitdə kommunikasiyaların açılmasına razılıq vermək ölkənin məhvinə getmək deməkdir”, – deyə Arman Abovyan fikrini tamamlayıb.

Rəsmiyyə Şərifova,
KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*