Azərbaycanda ilk dəfə olaraq “Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilir.
KONKRET.az xəbər verir ki,“3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib.
Növbəti mərhələ üçün “Azərişıq” 2800 km-lik məsafədə çəkilişlər aparıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.
“3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazinin bütün detalları haqqında ətraflı məlumatları əldə etmək mümkün olacaq. Həmçinin, şəffaflıq təmin edilərək texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranacaq.
