Bakı-Sumqayıt qatarında nə baş verir?  – 18:30-dan…backend

Bakı-Sumqayıt qatarında nə baş verir? - 18:30-dan...

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərin ciddi narahatlığına və narazılığına səbəb olan gecikmə qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, söhbət bu gün saat 18:30-da yola düşən sərnişin qatarından gedir.

Qatarın hərəkət sürətinin qəfildən kəskin şəkildə aşağı düşməsi sərnişinlər arasında təşviş və narahatlıq yaradıb. Vaqonlarda olan sərnişinlərin bildirdiyinə görə, qatar normadan qat-qat aşağı sürətlə hərəkət edir, sanki “sürünür” və faktiki olaraq irəliləmir.

İş çıxışı saatlarına təsadüf edən bu ləngimə mənzil başına tələsən yüzlərlə vətəndaşın haqlı narazılığına və şikayətlərinə səbəb olub. Sürətin kəskin azalması səbəbindən qatarın təyin olunmuş qrafiki tamamilə pozulub və sərnişinlərin mənzil başına ciddi şəkildə gecikəcəyi qaçılmaz olub.

Hazırda yolda yaranan bu texniki gecikmənin və ya nasazlığın dəqiq səbəbləri araşdırılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*