Qurban ətini soyuducuda bu cür saxlamalısınız, əks halda… – XƏBƏRDARLIQbackend

Qurban ətini soyuducuda bu cür saxlamalısınız, əks halda... - XƏBƏRDARLIQ

Qurban bayramında kəsilən ətin düzgün saxlanmaması ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Xüsusilə, yay aylarına təsadüf edən bayram günlərində ətin soyuducu və dondurucuda doğru qaydada saxlanması vacib hesab edilir.

Bəs qurban ətini uzun müddət təhlükəsiz şəkildə saxlamaq üçün hansı qaydalara əməl edilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, qurban ətinin soyuducuda saxlanılması üçün ilk növbədə emal prosesi düzgün aparılmalıdır.

Bizim nənə babalarımız trans yağ yeməyib” - Qida eksperti Ağa Salamov

“Qurban ətini soyuducuya qoymazdan əvvəl onu hissələrə ayırmaq lazımdır. Qurban əti ya 1 kiloqramlıq, ya da 200 qramlıq porsiyalar halında dondurulmalıdır. Ən doğru üsul ehtiyac olduqca çıxarıb istifadə etməkdir.

Adi soyuducuda +4 dərəcə temperaturda ət maksimum 48 saat saxlanıla bilər.

48 saat ərzində istehlak olunmalıdır. Əgər daha uzun müddət saxlamaq istəyirlərsə, mütləq dondurucuya yerləşdirilməlidir”.

Mütəxəssis vurğulayıb ki, dondurucuya qoyulan ət də mütləq porsiyalanmış formada saxlanmalıdır. Onun sözlərinə görə, donu açılmış ətin yenidən dondurulması təhlükəli nəticələrə gətirib çıxara bilər:

“Əgər donu açılıb yenidən dondurucuya qoyularsa, bu zaman qida zəhərlənməsi riski yaranır. Məsələn, 1 kiloqram ət çıxarılıb yarısı istifadə olunur, qalan hissəsi yenidən dondurulur. Bu, düzgün deyil”.

Ekspert əlavə edib ki, həm soyuducuda, həm də dondurucuda saxlanma qaydalarına ciddi əməl olunmalıdır ki, ətin keyfiyyəti və təhlükəsizliyi qorunsun.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*