Göygöl rayonu ərazisində yüz hektarlarla örüş-otlaq və əkin sahələrini dövlətdən, habelə bələdiyyə qurumlarından istifadə üçün əldə edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cərimələnib.
KONKRET.az xəbər verir ki, gununsesi.info–nun əldə etdiyi məlumata görə, buna səbəb Hafiz Hacıyevin həmin torpaqlar üçün qanunla nəzərdə tutulan icarə pullarını ödəməməsi olub.
Məlum olub ki, Hafiz Hacıyev özünün fermer təsərrüfatını ayrı-ayrı qohumlarının adına rəsmiləşdirilmiş torpaq sahələrində yaradıb.
Aidiyyəti qurumların Hafiz Hacıyevə şifahi və rəsmi xəbərdarlıqlarına baxmayaraq, o, dövlətin vəsaitini ödəməkdən yayınıb.
Məlumata görə, Hafiz Hacıyevə tətbiq olunan cərimənin məbləği təxminən 70 min manat civarındadır.
Başqa bir məlumatda Hacıyevin bir neçə il əvvəl dövlətdən sahibkarlığın inkişafı məqsədiylə aldığı krediti də mənimsədiyi iddia olunur.
