“Azərbaycana qayıdacaq kəndlər boşaldılır” – AÇIQLAMAbackend

"Azərbaycana qayıdacaq kəndlər boşaldılır" - AÇIQLAMA

Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından yerli sakinlərin təxliyyəsi başlanıb.

KONKRET.az xəbər verir ki, sərhədin demarkasiyası və delimitasiyası prosesi nəticəsində işğaldan azad olaraq Azərbaycana qayıdacaq kəndlər boşaldılır.

Politoloq Asif Nərimanlı isə saytımıza bunları bildirib: “Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Tavuş qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evaksiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*