Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcəkbackend

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*