Azərbaycanda 3 idman federasiyası ləğv olundubackend

Azərbaycanda 3 idman federasiyası ləğv olundu

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birliklərinin federasiya statusu ləğv edilib.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*