Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı son statistikanı açıqlayıb.
KONKRET.az xəbər verir ki, aktiv xəstə sayı uzun müddətdən sonra yenidən 3 min nəfəri keçib. Bu günə olan rəqəmlərə görə, aktiv koronavirus xəstələrinin sayı 3148 nəfərdir.
Ümumilikdə ölkədə 235 647 nəfər virusa yoluxub, 229 267 şəxs sağalıb, 3232 nəfər isə vəfat edib.
