Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı Azərbaycanda “Analar Günü”nün təsis edilməsi haqqında təkliflə çıxış edib.
KONKRET.az-ın məlumatına görə, millət vəkili bildirib ki, Azərbaycan xalqının dəyərlərində ana müqəddəs varlıqdır: “İl ərzində anaların şərəfinə bir gün qeyd olunsa, yaxşı olar. Hesab edirəm ki, bu bayram bugünkü gəncliyin vətənpərvər ruhda formalaşmasında rol oynaya bilər”.
