Dövlət Komitəsi bağçada azyaşlının döyülməsi ilə bağlı araşdırmalara başladı – YENİLƏNİB / VİDEObackend

Dövlət Komitəsi bağçada azyaşlının döyülməsi ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB / VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

KONKRET.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”un sorğusuna cavab olar bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırma aparır və əgər fakt öz təsdiqini taparsa, araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

22:51

Sosial şəbəkələrdə Azərbaycanda bağçalardan birində azyaşlıya qarşı qəddar görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, tərbiyəçi olduğu ehtimal edilən qadının körpəyə qarşı vəhşi hərəkəti insanların haqlı hiddətinə və narazılığına səbəb olub.

Görüntülərdən müəssisənin uşaq evi olduğu da qeyd olunur.

Hər-halda aidiyyatı orqanlar məsələyə hüquqi qiymət verəcək.

Həmin görüntüləri təqdim edirik:

  • Tahir
    Yanvar 14, 2022 - 08:46

    Bağçaların tabeliyinin futbol topu kimi bir qapıdan o biri qapıya ötürülməsi bagçanın keyfiyyətinə müsbət təsir edə bilməz. Zamanında bagçaları təhsil nazirliyindən yarıtmaz deyib alırdınız. İndi də geri qaytarırsınız ki, okazıvaetsa İH tabeliyi daha pismiş. Bunu əvvəlcədən görə bilmək aglınız əlbəttə ki yoxdur desəm inanılmayacaq. Guya nazir dəyişib təzzə nazir yaxşı baxacaq… Nazir və ya nazirlik işçisi gəlib bu körpənin yanında durmayacaq ki. Onlar baxçaya ərzaq baxımından daha çox kafeləri, restoranları kimi, ümumən isə rüşvət və korrupsiya mənbəyi kimi baxır və kimin nazir qoyulmasından asılı olmayaraq bu mütləq belə də davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*