Azərbaycanda bu sahə ƏDV-dən azad olunurbackend

Azərbaycanda bu sahə ƏDV-dən azad olunur

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi ƏDV-dən azad olunur.

KONKRET.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Sənəddə bildirilib ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsinin ƏDV-dən azad olunması nəzərdə tutulur.

Ümumilikdə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*