Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
KONKRET.az bildirir ki, modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub.
Araşdırma zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.
Belə ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.
Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:
I qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
Dövlət Dəniz Akademiyası
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
“Azərbaycan” Universiteti
II qrup üzrə
Azərbaycan Texniki Universiteti (AzTU)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Bakı Mühəndislik Universiteti (BMU)
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Dövlət Turizm və Menecment Universiteti
Gömrük Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
“Azərbaycan” Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
III qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Milli Aviasiya Akademiyası
Naxçıvan Dövlət Universiteti (NDU)
“Azərbaycan” Universiteti
Bakı Avrasiya Universiteti
IV qrup üzrə
Bakı Dövlət Universiteti (BDU)
Azərbaycan Tibb Universiteti (ATU)
Bakı Mühəndislik Universiteti (BMU)
Naxçıvan Dövlət Universiteti (NDU)
Gəncə Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
Azərbaycan Texnologiya Universiteti
Sumqayıt Dövlət Universiteti (SDU)
V qrup üzrə
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU)
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
Bakı Mühəndislik Universiteti
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)
Azərbaycan Texnologiya Universiteti

Bunu qəti şəkildə düz hesab etmirəm… Təhsilin siyasətə dəxli yoxdur..
Bu günə qədər rus dilində təhsil alan övladları şikəst edirik… Hər şeyi tədricən etmək lazımdır. Orta təhsilini rusca alan uşaqlar neyləsin?? Təhsili siyasiləşdirməyin!!
Heç düzün qərar del. Şəxsən mğnim oğlum 11ci sinufı keçir rus bölməsidir birinci qrupa hazırlaşır uşaq bu xəbəri eşidəndən ağlayır. Bu gğncləri şikəst etmək deməkdir, uşaqların potensialını öldürmək deməkdir. Bəs indi biz nə etməliyik????
Duzgun deyil, qerari leqv edin
Axmaqlıqdır sadəcə. Bunu heç bir formada qəbul edə bilmərəm. Çox yanlış və böyük itkilərə gətirə biləcək qərardır.
Çox düzgün qərardır. Bu çoxdan olmalı idi. Alqışlayıram.
Bu qerar cox usaqlara tramma yasadacaq.Rus dili hemise olub ve olacaq.Bu ne oyundur acirsiz camaatin basina.Insanlarin hissleri ile oynamayin.
Rus dilinin geniş inkişafı rus şovinizminin hər zaman əlində bir bəhanədir.Rus dili bizi 20 yanvarda, Xocalıda qətl edən, 1920-ci ildə milli dövlətçiliyimizə son qoyan, ermənini başımıza bəla edən, özündən başqa millətləri aşagilayan, talayan, parçalayan bir irqçi millətin dilidir. SSRİ dağıldığı kimi bir gün rus da dağılacaq və əvvəlki cılız muti sərhədlərinə yerləşəcək.Nə qədər gec deyil övladlarınıza ingilis, çin dillərini öyrədin.
Çox düzgün və vaxtında verilmiş qərardır. Azərbaycan Tibb Universitetində müəllim işlədiyim dövrdə (2000-2015) rus bölməsi tələbələrinin savad və bacarıq səviyyəsinə, eləcə də rus dili bilgilərinə yaxından bələd oldum. Tələbələrin çoxu heç rus dilində savadlı danışa bilmirdi.
Çox düzgün və vaxtında verilmiş qərardır. Azərbaycan Tibb Universitetində müəllim işlədiyim dövrdə (2000-2015) rus bölməsi tələbələrinin savad və bacarıq səviyyəsinə, eləcə də rus dili savadina yaxından bələd oldum. Tələbələrin çoxu heç rus dilində savadlı danışa bilmirdi.
Çox doğru düzgün qərardır.
Bu qərar qəbul olunmamışdan əvvəl məktəblərdə rus bölməsinə qəbulu dayandırmaq lazımdı, rus dilində təhsil alan şagirləri vəziyyəti nəzərə almadan bu qərarı necə qəbul etmək oıar, əgər belə bir hal olacaqdısa bunu qəbul vaxtı yox tədris ilinin əvvəllində elan olunmalə idi