Sumqayıtda axşam su kəsiləcəkbackend

Sumqayıtda axşam su kəsiləcək

Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.

KONKRET.az xəbər verir ki, aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.

Fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini, ümumilikdə 12 minə yaxın abonenti əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*