ABŞ və İran arasında müharibə yenidən başlayacaq – Yeni ssenari BELƏDİRbackend

ABŞ və İran arasında müharibə yenidən başlayacaq - Yeni ssenari BELƏDİR

Son günlər İranda güc balansı dəyişib. SEPAH və general Əhmad Vahidi həm hərbi, həm də diplomatik qərarlara nəzarəti ələ alıb, Abbas Əraqçi və Məhəmməd Baqir Qalibaf isə kənarlaşdırılıb.

Əraqçinin danışıqlardakı çevik mövqeyi narazılıq doğurub, heyət Tehrana geri çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Müharibənin öyrənilməsi İnstitutu” məlumat yayıb.

İran rəsmisi Səid Cəlili isə güzəştləri “ölkənin satılması” kimi dəyərləndirir.

Bildirilir ki, Hörmüz boğazı ilə bağlı sərt xətt hələ də qalır və SEPAH-ın gəmilərə atəş açması həm xarici, həm daxili mesaj kimi qiymətləndirilir.

Bu arada, Donald Tramp nümayəndə heyətini Islamabada göndərib, lakin blokada saxlanılır və regiona əlavə qüvvələr yerləşdirilir.

Nəticə etibarilə, vəziyyət “danışıqlar tələsi”dir və ən real ssenari atəşkəsin pozulması, toqquşmaların yenidən başlamasıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*