Azərbaycanda cinayət törədən qadın “Tiktok”er saxlanıldı – yenilənibbackend

Azərbaycanda cinayət törədən qadın "Tiktok"er saxlanıldı - yenilənib

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

————
21:12

Bərdə rayonunda qadın “Tiktok”da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “Tiktok” sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.

T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*