Azərbaycanda COVID-19 vaksini ilk kimə vurulacaq? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda COVID-19 vaksini ilk kimə vurulacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:

“Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları məməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.

O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*