Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Konkret.az APA-ya istinadla bildirir ki, hadisə saat 04:30-da Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KamAZ” markaılı avtomobilə çırpılıb.
Nəticədə, evakuatorda olan sərnişin, Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə – ayaqlarının travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.



