Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi – Yeni qərarbackend

Azərbaycanda futbol çempionatının başlanma tarixi dəyişdi - Yeni qərar

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünün başlanma tarixini dəyişib.

KONKRET.az xəbər verir ki, çempionatın ilk turu avqustun 14-15-i aralığında keçirilməyəcək.

Yarışa startı ayın 20-22-si baş tutacaq. PFL təqvimi müəyyənləşdirərkən, avrokubokları və yığmanın UEFA Millətlər Liqasındakı oyunlarını nəzərə alıb.

Belə ki, avqustun 27-də Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə qoşulacaq. Sentyabrın 5-də isə millimiz ML-da ilk matçına çıxacaq.

Premyer Liqanın ikinci turu sentyabrın 10-dan sonraya qalıb.

yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*