Azərbaycanda gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏKbackend

Azərbaycanda gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK 

Azərbaycanda bəzi orta məktəblərin 6 günlük tədris həftəsinə keçirilməsi planlaşdırılır. Buna səbəb məktəblərdə şagird sıxlığıdır.

KONKRET.az xəbər verir ki, Bizim.media-nın əldə etdiyi məlumata görə, artıq bununla bağlı orta ümumtəhsil məktəblərinə təlimatlar verilib.

Mənbənin sözlərinə görə, məktəblərdə şagird tutumundan çox sayda şagirdin təhsil alması bir növbəlilik sisteminin davam etdirilməsinə imkan vermir. Bu səbəbdən 6 günlük tədris həftəsinə keçidlə bağlı sistemin işə düşməsi üçün ciddi işlər gedir.

Belə ki, növbəti tədris ilindən etibarən bütün siniflər üzrə dərs saatlarının sayı azaldılmaqla 6 günlük tədrisə başlanılacaq.

Məsələni Təhsil Nazirliyi ilə dəqiqləşdirməyə çalışsaq da, sorğumuz cavablandırılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*