Azərbaycanda iki azyaşlı övladı olan qadın İNTİHAR ETDİbackend

Azərbaycanda iki azyaşlı övladı olan qadın İNTİHAR ETDİ

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır. Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*