Azərbaycanda kartların müddəti bu tarixlərədək uzadılır – RƏSMİbackend

Azərbaycanda kartların müddəti bu tarixlərədək uzadılır - RƏSMİ

Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir.

Yəni mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabradək uzadılıb.

Bu barədə KONKRET.az-a  Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

R.Mehdili bildirib ki, cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*