Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edildibackend

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edildi

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib

KONKRET.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

Həmçinin ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*