Azərbaycanda standart ipoteka kreditləri bütün vətəndaşlar üçün əlçatandır. Bununla yanaşı, qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular, sosial əhəmiyyətli peşə sahibləri – müəllimlər və əlbəttə ki, müharibədə həlak olan insanların ailələri üçün güzəştli mənzil imkanları mövcuddur”.
KONKRET.az bizimmedia-ya istinadən xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib.
Nazir müavini Azərbaycanda mənzil bazarının idarə olunmasında rəqəmsallaşmanın çox vacib rol oynadığını qeyd edib:
“Bütün proses tam elektronlaşdırılıb. Müraciətlər, yoxlamalar, təsdiqlər – hamısı dövlət sistemləri üzərindən rəqəmsal şəkildə həyata keçirilir. Açıq deməliyəm ki, mənzilə tələbat hələ də yüksək olaraq qalır. Buna görə də islahatlar davam etməlidir. İpoteka və Kredit Zəmanət Fondu ilə yanaşı, güzəştli şərtlərlə mənzil təqdim edən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) də fəaliyyət göstərir və həssas qruplar üçün mənzillər təqdim edir. Ən yaxşı tərəfi isə budur ki, həmin mənzillər artıq müraciət üçün hazır vəziyyətdədir.”
