Azərbaycanda müəllim və şagirdlər ağır qəzaya düşdü – Yaralılar var – VİDEO – YENİLƏNİBbackend

Azərbaycanda müəllim və şagirdlər ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Fakatla bağlı araşdırma aparılır.

***

23:33

Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

KONKRET.az Ölkə.Az-a istinadən xəbər verir ki, qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Onlar Qəbələdə istirahət edib Bakıya qayıdırmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*