Azərbaycanda pensiyaçıların sayı azaldı –Qarşıdakı illərdə nə baş verəcək?backend

Azərbaycanda pensiyaçıların sayı azaldı –Qarşıdakı illərdə nə baş verəcək?

Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 94,2 min nəfər təşkil edib.

KONKRET.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 min nəfər azdır. 2025-ci il oktyabrın 1-də ölkədə 1 milyon 100 min pensiyaçı qeydə alınmışdı.

Pensiyaçıların sayında azalmanın hansı səbəblərlə bağlı olduğu, bunun ölkənin demoqrafik göstəriciləri və pensiya sisteminin gələcək perspektivləri baxımından nə ifadə etdiyi suallar doğurur.

Bəs pensiyaçıların sayının azalması daha çox təbii ölüm göstəriciləri, pensiya yaşına çatanların sayı, yoxsa pensiya təyinatı qaydaları ilə bağlıdır?

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

“Pensiyaçıların sayının azalması faktı doğrudur. Lakin hazırkı azalma o qədər də kəskin və ciddi xarakter daşımır. Bunun əsas səbəblərindən biri ölüm yaşının cavanlaşmasıdır. Belə ki, bəzi insanlar pensiya yaşına çatdıqdan dərhal sonra və ya pensiyaya çıxdıqları qısa müddət ərzində dünyasını dəyişirlər. Nəticədə pensiyaçıların ümumi sayında azalma müşahidə olunur.

Bununla belə, hazırkı göstəricilərə əsaslanaraq ciddi narahatlıq doğuran bir tendensiyanın formalaşdığını demək hələ tezdir. Burada əsas məsələ növbəti illərin göstəricilərini izləməkdir. Əgər 2027-2028-ci illərdə də ardıcıl olaraq pensiyaçıların sayında azalma qeydə alınarsa, bunu artıq müəyyən tendensiya kimi qiymətləndirmək mümkün olacaq. Bu isə kifayət qədər ciddi problemlərə işarə edə bilər.

Hələlik müşahidə olunan mənzərə ondan ibarətdir ki, ölüm yaşının cavanlaşması pensiya yaşına çatan və pensiya alan insanların sayına təsir göstərən amillərdən biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*