Hökumət əhaliyə “sürprizlərlə” dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:
O bildirib ki, diqqətimi çəkən aqrar sektorla bağlı olan yeni qərar oldu: Kənd Təsərrüfatınada uzun illər qüvvədə olan tam vergi azadolması ləğv edilir və 2027-ci il yanvarın 1-dən 5 il müddətinə (2032-ci ilədək) 90%-lik güzəşt mexanizmi ilə əvəz olunur. Yəni, fermerlərin və aqrar istehsalçıların gəlir və mənfəətinin 90%-i vergidən azad qalacaq, yalnız 10%-i ümumi qaydada vergiyə cəlb ediləcək – tərcüməsi, fermer, məsələn, 100 manat qazanıbsa, onun 10 manatından vergi verəcək.
Bəli, vergi yükü azdır, amma, niyə bu güzəştlər ləğv edilməli, belə qəliz mexanizm tədbiq edilməlidir ki?! 2027-ci ildə bu qayda tədbiq edilərsə, büdcəyə ƏLAVƏ cəmi 13 milyon manat vəsait daxil olacaq – bu vergi deyil, axı, dilənçilikdir. Cəmi 13 mln. manata görə yüzminlərlə fermeri, niyə işə salırsınız ki?! Bu yazıq fermer onsuz da boğulur, indi də bütün bu qəliz sxemlə yığılacaq qəpik-quruşu hesablamaq, vaxtında vergisini ödəmək üçün mühasibmi tutsun, ona maaşmı versin?! Maaşla da olmur axı, gərək əmək müqaviləsi bağlasın, DSMF-yə ödəniş etsin – niyə bu zülmə məruz qoyursunuz ki, kəndlini?!
Zatən kəndlərda adam qoymamısız, hamı qaçır, gəlir Abşerona, onların işini asanlaçdırmaqdansa, niyə qəlizləşdirirsiniz ki?! Nə verəcək sizə 13 mln. manat?! Hər fermerə İLDƏ 40 manat vergi düşür, o 40 manat İLDƏ vergi odəməsi üçün, AYDA maaş verib mühasib tutlamıdır?! Bir az düşünün də nə olar axı!
Onsuz da kənd təsərrüfatında qərar verənlər ömürlərində camış görməyənlər, camışa “əjdaha” deyənlərdir – onların yanaşması kəndlini son illər boğaza yığır, indi də iqtisadiyyat nazirliyi vergi “müjdəsi” ilə qapılarını döyür. Nə bilim VaAllah…”
